"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mürsəl Eminov: “Torpaq vergisinin tariflərinə yenidən baxılmalıdır”

--2021-10-27 / 04:59

“iyimi iki illik fəaliyyəti dövründə yerli vergilərin tarifində hər hansı dəyşiklik olmayıb. Baxmayaraq ki, digər xidmət sahələrində tariflər bir neçə dəfə artırılıb”- bu fikirləri Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov Belediyye.infoya açıqlamasında bildirib.

Sədrin sözlərinə görə, istənilən xidmət sahəsində hər hansı güzəştin belə tətbiq edilmədiyi halda, yerli vergilərin tətbiqində bu güzəştlər kifayət qədər qrupa aid insanlara şamil edilib. Nəzərə alsaq ki, hər bir bələdiyyənin ərazisindəki fərdi ev təsərrüfatlarının ən azı 20 faizədək hissəsi məhz güzəştli təbəqənin adına qeydiyyatdadır, onda bu güzəştin yaratdığı məbləğin həcminin nə qədər olduğunu təsəvvür etmək olar.

Hesab edin ki, paytaxın mərkəzi hissəsində satışa çıxarılan 100 kvadratmetrlik torpaq səhəsinin bazar qiyməti 50 min manatadək olduğu halda onun torpaq vergisi cəmi 60 (altmış) qəpik təşkil edir. Bu qeyri- mütənasiblik aradan qaldırılmalıdır. Odur ki, həcmi 100 kvadratadək olan torpaq sahələri üzrə bir qiymət, ondan artıq olan torpaqlara isə daha yüksək tarif dərəcəsinin müəyyən edilməsi bələdiyyə büdcəsinin artımına səbəb ola bilər. Tarif artımı kənd təsərüfatı təyinatlı və digər qruplara aid torpaqlara da mütləq şəkildə şamil edilməlidir. Ölkəmizin yüksək inkişaf səviyyəsini nəzərə alsaq ildə bir dəfə ödənən yerli vergiləri həm vaxtında, həm lazımı olan səviyyədə ödəməyə hər bir fiziki şəxsin maliyyə gücü çatır. Bələdiyyəyə dəstək vermək vətəndaşın da probleminin həllini sürətləndirmək deməkdir.

Düşünürəm ki, Azərabycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyası bu təklif üzərində ciddi işləməli və müvafiq orqanlar qarşısında qaldırmalıdır.

Belediyye.info

ŞƏRHLƏR